Media Player Codec Pack Plus Yüklə


Media Player Codec Pack Plus v4.4.7 Yüklə

Media Pleyer Codec Pack Plus, inkişaf etdirilmiş olan bir sıra peşəkar vasitələrin xüsusiyyətləri ilə bütün multimedia formatlarını problemsiz bir şəkildə aça biləcəksiniz. Sizlər üçün olduqca rahat olacaq olan bu proqram sayəsində içərisində saxlamış olduğu codec komponentlərindən və filtrlərindən istifadə edərək bütün video formatlarını, səs formatlarını və digər multimedia formatlarını problemsiz açıb oynada biləcəksiniz. Elə indi proqramı yükləyərək geniş istifadə imkanlarından yararlana bilərsiniz. 

Easy DVD Player Yukle


ZJMedia Easy DVD Player v4.7.3.2691 Yüklə

Hər səviyyədən kompüter istifadəçisi tərəfindən heç bir çətinlik çəkmədən istifadə ediləcək olan bir DVD oynatma və izləmə proqramı olan Easy DVD Player, DVD və Blu-ray`lərdən başqa, kompüterinizdə yer alan digər video fayllarını da oynatmanıza imkan verir. Olduqca müasir və təmiz bir interfeysə sahib olan proqram içərisində yer alan fayl meneceri köməyilə DVD filminizi aça və ya sürüşdür burax methodunun köməyi ilə kompüterinizdə olan video fayllarını oynada bilərsiniz.

Bütüm media player`lər üzərində yer alan oynatma, dayandırma, səs parametrləri, geri yığma və qabağa yığma kimi bütün əsas funksiyalara malik olan proqram tam ekran oynatmağı da dəstəkləyir. Bundan başqa, altyazı dəstəyi, ekran görüntüsünü alma, video keyfiyyətini dəyişdirmə, arxa plan şəklini dəyişdirmə və daha bir çox inkişaf etmiş xüsusiyyət də Easy DVD Player içərisində yer alır.

Winamp Pro Yukle


Winamp Pro v5.666 Full Yüklə

Dünya üzərində istifadəçilər tərəfindən ən çox üstünlük verilən və ən çox istifadə edilən media playerlər arasında ilk sıralarda yer alan Winamp Pro ilə hər növ səs və video fayllarınızı problemsiz bir şəkildə oxuda bilərsiniz. Proqramın interfeysi dünya miqyasında bu qədər populyar olmasının ən böyük səbəblərindən biridir. Olduqca rahat bir interfeysə malik olan Winamp`da əlverişli şəkildə yerləşdirilmiş idarə düymələri, oxutmaq istədiyiniz mahnıların yer aldığı çalma siyahısı, ekolayzır parametrləri daha çox diqqət çəkir.

Winamp 3.0 versiyasından sonrakı versiyalarda gələn müasir istifadəçi interfeysi ilə birlikdə istifadəçilərə öz multimedia oynadıcılarını istədikləri rəngdə istifadə etmələri üçün bir çox fərqli rəngdə mövzu dəstəyi də bəxş edən multiplayer, istifadəçilərini necə məmnun edəcəyini həqiqətən çox yaxşı bilir. Bu məqamda olduqca fərdiləşdirilə bilər bir media player olan Winamp üzərində özünüzə xas və sizin tərzinizi əks etdirən bir mövzu tapmağınız mümkündür.

Demək olar ki, bilinən bütün media fayllarını problemsiz bir şəkildə oynada biləcəyiniz Winamp sizi yarı yolda qoymayacağına əmin ola bilərsiniz. Sabit diskdə yer alan səs və video fayllarından başqa Winamp ilə internet üzərində yer alan bir çox keyfiyyətli radio kanalını dinləyə bilərsiniz.

Geniş səs və video tənzimləmə variantlarını istifadəçilərə təqdim edən Winamp, sahib olduğu ekolayzır dəstəyi, 100`dən çox vizual elementi və praktik çalma siyahısıyla bütün multimedia arxivini asanlıqla idarə etməyinizə və təşkil etməyinizə imkan verir.

Azərbaycanlı kompüter istifadəçiləri tərəfindən üstünlük verilən media player olan Winamp dəstəklədiyi bir çox multimedia formatı, yaxşı təşkil edilmiş asan istifadəli interfeysi, inkişaf etmiş parametrləri və fərdiləşdirmə variantları sayəsində 2013-cü ildən təkmilləşdirilməsinin dayandırılmasına baxmayaraq hələdə çox istifadə olunur.

Winamp`a alternativ bir media player axtarırsınızsa GOM Player sınaya bilərsiniz.

GOM Player Yukle


GOM Player v2.3.15.5271 Full Yüklə

Gretech Online Movie Player (GOM) video və səs fayllarınızı rahatlıqla oynada biləcəyiniz, Windows`un ənənəvi Media Player`nə alternativ bir media player`dir. Bilinən bütün səs və video uzantılarını dəstəkləyən və problemsiz bir şəkildə açan GOM Player içərisində yer alan oturaq codec mühərriki sayəsində istifadəçilərin əlavədən bir codec paketi yükləmələrinə ehtiyac qalmır.