Skype Yukle

Skype v7.35.66.101 Full Yüklə

Skype dünyada kompüter və ağıllı telefon istifadəçiləri tərəfindən ən çox istifadə olunan pulsuz görüntülü və səsli söhbət proqramları arasında ilk sıradadır. İnternet vasitəsilə pulsuz olaraq həm yazılı mesajlaşmanıza, həm səsli olaraq danışmağınıza həm də görüntülü söhbət etmənizə imkan verən bu proqram ilə istəsəniz kiçik bir məbləğ qarşılığında Skype konturu alaraq ev və cib telefonlarına da zəng edə bilərsiniz.

Çoxlu platforma dəstəyi sayəsində kompüter, ağıllı telefon və planşet istifadəçilərini bir-biriylə görüşdürən Skype Yukle, istifadəçilərin öz aralarında ünsiyyət saxlaması üçün P2P texnologiyasından istifadə edir. Yüksək səs və görüntü keyfiyyəti (internet sürətinizə bağlı dəyişə bilər), söhbət keçmişi, konfrans söhbətləri, təhlükəsiz fayl transferi kimi təkmilləşmiş xüsusiyyətlərə sahib olan proqram, istifadəçilərini ehtiyac duyacağı hər növ vasitə ilə təmin edir.

Skype`ı kompüterinizə yükləyib qurduqdan sonra, proqramı ilk dəfə açdığınız zaman əgər bir istifadəçi hesabınız yoxdursa əvvəlcə özünüzə aid bir istifadəçi hesabı yaratmağınız tələb olunacaq. Təbii ki, bu məqamda sahib olduğunuz bir Microsoft hesabınız varsa Skype`da Microsoft hesabınızla da hesab açma şansına sahibsiniz. Lazımi əməliyyatları etdikdən sonra dünyadakı Skype istifadə edən bütün istifadəçilər ilə pulsuz olaraq ünsiyyətə qoşulmaq şansı əldə edəcəksiniz. Səsli söhbətlər, dostlarınızla qrup şəklində konfrans söhbətləri, yüksək keyfiyyətdə videolu söhbət, təhlükəsiz fayl transferi kimi proseslərin hamısını reallaşdıra biləcəyiniz Skype vasitəsilə dostlarınız və ailənizlə məsafələri aradan qaldıraraq daim ünsiyyət halında qala bilərsiniz.

Skype`da həmçinin öz dost siyahınızı hazırlaya, dostlarınızla kütləvi olaraq söhbət etmək üçün qruplar yarada, kompüterinizdə fərqli insanlara təqdim etmək üçün ekran paylaşma xüsusiyyətini istifadə edə, mesajlaşma / söhbət keçmişi xüsusiyyəti sayəsində əvvəlki yazışmalarınıza göz gəzdirə, göndərmiş olduğunuz mesajlar üzərində dəyişikliklər edə və ya fərqli ifadələr arasından bəyəndiyinizi mesajlaşma zamanı dostlarınıza göndərə bilərsiniz.

Skype`ın istifadəçi interfeysi olduqca sadə və asan istifadəyə malikdir. Bu sayədə hər səviyyədən kompüter və mobil istifadəçi çətinlik çəkmədən rahatlıqla Skype istifadə edə bilər. Bütün klassik mesajlaşma proqramlarında yer alan istifadəçi profili, status, dost siyahısı, son söhbətlər kimi xüsusiyyətlər istifadəçi interfeysinin sol tərəfində yer alır. Eyni zamanda Skype qovluğu, qrup tənzimləmələri, axtarış qutusu və ödənişli zəng butonu da yenə proqramın əsas pəncərəsində istifadəçilərə təqdim edilir. 

Əgər keyfiyyətli və asan istifadəli bir mesajlaşma, səsli və görüntülü söhbət proqramı axtarırsınızsa, bazarda Skype`dan daha yaxşısını tapa bilməniz demək olar ki, mümkün deyil. 2003-cü ildə yaradılıb, 2011-ci ildə Microsoft tərəfindən satın alınan Skype`ın bütün platformalar üzərində inkişaf etdirilərək yenə Microsoftun populyar mesajlaşma tətbiqi Windows Live Messenger`in yerinə keçdiyini nəzərə alsaq fikrimizdə yanılmadığımızı görərik. 

Skype proqramını kompüterinizə yükləyə bilməniz üçün sizə aşağıda 2 link təqdim etmişik. Skype`ın rəsmi saytından yükləmə sonrası quraşdırma zamanı problem yaşanarsa verdiyimiz Portable(quraşdırma tələb etməyən versiya) versiyasını yükləyib istifadə edə bilərsiniz. 





YÜKLƏMƏ LİNKİ: YÜKLƏ

YÜKLƏMƏ LİNKİ PORTABLE: YÜKLƏ

Həyat paylaşdıqca gözəldir

Oxşar Proqramlar

Previous
Next Post »