Opera Yukle


Opera v44.0.2510.1218 Full Yüklə

Opera, istifadəçilərinə sürətli və fərqli bir internet təcrübəsini təqdim edən, yenilənən mühərriki, istifadəçi interfeysi və xüsusiyyətləri ilə ən sürətli və inkişaf etmiş veb brauzerlərdən biridir.

Ən populyar veb brauzerlər arasındakı yerini qorumaq üçün bazasını Chromium və Blink ilə gücləndirən Opera Yukle artıq brauzer bazarında Chrome, Firefox və Internet Explorer ilə başa baş rəqabət apara biləcək xüsusiyyətlərə sahibdir.

Opera`nı ilk dəfə kompüterinizə qurub, açdığınız zaman dəyişikliyi birbaşa görə bilərsiniz. Onsuz da brauzeri açan kimi yeni gələn xüsusiyyətlər barədə Opera özü məlumat verir. Sürətli Yığım, Əlfəcinlər və Xəbərlər adı verilən 3 müxtəlif tab tamamilə istifadəçilərin internet təcrübəsini təkmilləşdirmək adına hazırlanıb. Sürətli Yığım menyusu sayəsində ən sıx ziyarət etdiyiniz internet saytlarını öz istəyimiz istiqamətində sıralayaraq, istədiyimiz vaxt bu saytlara tək kliklə daxil ola bilərsiniz. Əlfəcinlər adı verilən digər bir tab sayəsində bəyəndiyiniz, xoşunuza gələn və ya daha sonra yenidən nəzər salmaq istədiyimiz internet saytlarını işarələyərək, bu bölmədən istədiyiniz zaman çata bilərsiniz. Son olaraq istifadəçilərlə yeni görüşən tablardan digəri Xəbərlər sayəsində ayıra biləcəyiniz fərqli kateqoriyalar altında dünyadakı populyar internet saytları tərəfindən yayımlanan ən son məlumatları əldə edə bilərsiniz. Həm kateqoriyaya həm də ölkəyə görə ayırd etmə şansı bu nöqtədə istifadəçilərə təqdim olunur.

Önəmli bir başqa yenilik isə Opera hesablarınızı açaraq, həm kompüter həm də mobil versiyalar üzərində sinxronizasiya etmənizin mümkün olmasıdır. Bu sayədə səyahət əsnasında mobil cihazınızda gördüyünüz işə, kompüterə keçəndə qaldığınız yerdən davam edə bilərsiniz. Bundan başqa sahib olduğu Turbo Rejimi sayəsində internetdə işlərinizi sürətləndirən Opera, prosessor və yaddaş istifadəsi mövzusunda da olduqca diqqətli davranır.

Bütün bu saydığımız yeni xüsusiyyətlərin xaricində tema dəstəyi, əlavə dəstəyi və digər brauzerlərdə yer alan klassik xüsusiyyətlərin hamısına malik olan Opera, 2017 ili üçün çox iddialı görünür.

Opera brauzerini kompüterinizə yükləyə bilməniz üçün aşağıda 2 link təqdim etmişik. Opera`nın rəsmi saytından yükləmə sonrası quraşdırma zamanı problem yaşanarsa verdiyimiz Portable(quraşdırma tələb etməyən) versiyasını yükləyib istifadə edə bilərsiniz.





YÜKLƏMƏ LİNKİ: YÜKLƏ


YÜKLƏMƏ LİNKİ PORTABLE: YÜKLƏ

Həyat paylaşdıqca gözəldir

Oxşar Proqramlar

Previous
Next Post »