XnView Yukle


XnView v2.41 Yüklə

XnvView, şəkil formatı çevirmə və redaktə variantları təqdim edən sürətli bir proqramdır. XnView, 400`dən çox şəkil formatını aça bilir, görüntüləyə bilir, əsas redaktə variantları ilə bir redaktor vəzifəsi görür və dəstəklədiyi formatlar arasında çevirmə etmənizə imkan verir. Proqramın dəstəklədiyi formatlar arasında GIF, BMP, JPG, JPEG, PNG, TARGA, TIFF RAW, MPEG, AVI, QuickTime kimi bir çox populyar format var. Dəstəklənən formatdakı rəsm, foto, qrafika faylları üzərində qırmızı gözləri düzəltmə, kəsmə, biçmə, yenidən ölçüləndirmə kimi bir çox əsas prosesi praktik şəkildə bu proqram vasitəsi ilə görə bilərsiniz.

Sadə bir interfeys üzərində asan bir istifadəyə sahib olan bu proqram ilə şəkillərinizi aça, redaktə edə, ölçülərini dəyişə, istiqamətlərini dəyişə hətta formatlarını da dəyişdirə bilərsiniz. Tab`lı istifadə xüsusiyyəti sayəsində birdən çox fayl ilə məşğul olarkən daha sürətlə əməliyyatlar keçirə bilər və beləliklə zamandan qazanarsınız.

XnConvert Yukle


XnConvert v1.75 Yüklə

XnConvert, asan istifadəyə malik, çarpaz platforma dəstəyi olan güclü bir şəkil görüntüləmə, redaktə etmə və ölçüləndirmə proqramıdır. Proqram haradasa 500`ə yaxın şəkil və qrafik formatını dəstəkləyir.

XnConvert ilə kütləvi şəkil işləmə prosedurları zamanı mövcud parlaqlıq, kölgə və daha bir çox parametri asanlıqla tək bir səfərdə nizamlama şansına sahibsiniz. Digər bir çox xüsusiyyətini istifadə edərək kəşf etmək üçün XnConvert sizləri gözləyir. Proqramda 20`dən çox dil seçimi mövcuddur. Saytımızdan dərhal pulsuz şəkildə yükləyərək proqramı istifadə etməyə başlaya bilərsiniz.

ID Photos Pro Yukle


ID Photos Pro v8.0.4.4 Yüklə

ID Photos Pro proqramı peşəkar səviyyədə işləyənlərin davamlı olaraq seçim etdiyi vəsiqə şəkili hazırlama proqramıdır. Ümumiyyətlə, pasport və kimlik məlumatlarında istifadə edilən bu proqramla şəkillərinizi ölkə standartlarına uyğunlaşdıra bilərsiniz. Proqram ilə özünüz şəxsiyyət vəsiqəsi, xarici pasport və s. vəsiqə şəkilləri düzəldə bilərsiniz. İçərisində kiçik miqyaslı fotoşəkil redaktə vasitəsi də olan bu proqramla rəng tarazlığı parametri, parlaqlıq, kontrast parametrlərini dəyişə bilərsiniz.

Adobe Photoshop Lightroom CC Yukle (x64)



Adobe Photoshop Lightroom, rəqəmsal şəkil redaktəsində ixtisaslaşmış şəkil montaj üçün ən populyar proqram olan Adobe Photoshop`un sadələşdirilmiş bir variantıdır. Adobe Photoshop Lightroom v6 versiyası ilə bərabər daha canlı HDR görüntülər əldə edə bilər, daha təkmilləşmiş video slaytlar hazırlaya, yeni əlavə olunmuş filtrlərdən istifadə edə bilərsiniz. Daima proqramı təkmilləşdirən Adobe, yenə bizi yanıltmır.

Pop Art Studio Yukle (x86 / x64)

Pop Art Studio Batch Edition, şəkillərinizə müxtəlif effektlər verə biləcəyiniz, şəkil effekt və montaj proqramıdır.

Pop Art Studio Batch Edition v9.0 Full Yüklə (32 / 64 bit)

Pop Art Studio Batch Edition, şəkillərinizə müxtəlif effektlər verə biləcəyiniz, şəkil effekt və montaj proqramıdır. Öz şəkillərinizi məşhurların şəkilləri kimi montaj edə, içərisindəki hazır şablonları istifadə edə bilər və Pop Art Studio`nun müxtəlif effektlərindən yararlana bilərsiniz. Proqram rəngli pop art effektlərini avtomatik olaraq şəkillərinizə tətbiq etməklə yanaşı, filtrlər, mətn və rəsm vasitələri və animasiyalar da ehtiva edir. Proqramı istifadə edərək asanlıqla şəkillərinizə gözəl effektlər tətbiq edə bilər, qırmızı göz varsa düzəldə, əsas düzəliş vasitələrini istifadə edərək başqa dəyişikliklər edə bilərsiniz. Proqramın 32 və 64 bit sistemlər üçün versiyaları müxtəlifdir, bütün Windows sistemlərində problemsiz işləyir. Şəkillərinə fərqli effektler vermək istəyənlər və montaj proqramı axtaranlar sınaya bilərlər. Bu proqrama oxşar digər bir montaj proqramı olan PhotoFiltre Studio proqramına da göz gəzdirmənizi tövsiyyə edirik. 

PhotoFiltre Studio Yukle

Sekil Montaj Proqrami

PhotoFiltre Studio v10.12.1 Full Yüklə

PhotoFiltre istifadəçilərə şəkil kəsmə, şəkil çevirmə, şəkil ölçüləndirmə kimi əsas şəkil redaktə əməliyyatlarını həyata keçirmək və bununla yanaşı şəkil filtrləmə kimi əməliyyatları gerçəkləşdirməyə imkanı verən geniş əhatəli bir şəkil montaj proqramıdır.

Phase One Capture One Pro 10 Yukle (x64)


Phase One Capture One Pro v10.0.2.8 Full Yüklə (64 bit)

Peşakar səviyyədə şəkil redaktə, rəngləndirmə, şəkil keyfiyyətini artırma edı biləcəyiniz bir proqram Phase One Capture One Pro Canon. Nikon, Epson, Fuji kimi geniş spektrdə fotoaparatları dəstəkləyən, peşəkar bir RAW nümayiş etdirici və dəyişdiricisidir. Proqram ilə RAW növündəki şəkillərinizin keyfiyyətini artıra, dəyişiklik edərək digər şəkil formatlarına çevirə bilərsiniz. Phase One firmasının Capture One Pro məhsulu sizə tək kliklə RAW görüntüləmə və çevirmə imkanı verir. Peşəkar fotoqraflıq ilə məşğul olanlar proqramı sınaya bilərlər. Qeyd edək ki, proqram sadəcə 64 bit sistemlərdə işləyir.

Xara Photo & Graphic Designer 365 Yukle


Xara Photo & Graphic Designer 365 v12.3.0.46908 Full Yüklə 

Xara Photo & Graphic Designer proqram bazarında ən köhnə və köklü keçmişi olan proqramlardan biridir. Proqram ilə şəkil / qrafik redaktə işlərinizi edə bilər, ilüstratör xüsusiyyətlərini istifadə edərək fərqli işlər hazırlaya bilərsiniz. Proqramın redaktoru ilə şəkillərinizə yüzlərlə efekt verə biləcək, qrafiklərinizi daha canlı tərtib edə biləcəksiniz. Hər iki türü də bir araya gətirən Xara Photo & Graphic Designer mükəmməl xüsusiyyətlərə sahib güclü bir editordur. 

Corel Painter 2017 Yukle


Corel Painter 2017 v16.1.0.456 Full Yüklə 

Corel Painter sənətçilər, rəssamlar və komediya fotoqraflarına uzun müddət xidmət göstərmiş olan bir şəkil düzəltmə proqramıdır. Yeni xüsusiyyətlər və təkmilliklər ehtiva edən 2017 versiyası nəhayət çıxdı. 2017 versiyası ətraflı interfeys, üstün degrade vasitəsi, yenilikçi fırça ucları, 3D şəkil effektləri və bir çox yeniliyi özü ilə gətirməkdədir. 

Helicon Filter Yukle


Helicon Filter v5.6.3.2 Full Yüklə 

Helicon Filter şəkil redaktə etmə proqramıdır. Xüsusilə ehtiva etdiyi vasitələrlə fotoqraflara xitab edən proqram, şəkilləriniz üzərində qırpma, efekt tətbiqetmə, incə retuş əməliyyatları, rəng nizamlaması kimi bir çox detala yer verir. Helicon Filter şəkil üzərində düzəltmə əməliyyatları da edə bilir. Parazit yox etmə, qırmızı göz düzəltmə, rəngləndirmə, itiləşdirmə, yazı və obyekt əlavə etmə xüsusiyyətləri təqdim edir.

CyberLink PhotoDirector Ultra Yukle


CyberLink PhotoDirector Ultra v8.0.2303.0 Full Yüklə, professional bir şəkil idarə və montaj proqramıdır. İçərisində olan onlarla efekt və redaktə variantı ilə şəkillərinizi köhnəsindən daha professional və daha canlı hala gətirə bilərsiniz. Şəkillərdən video slayd hazırlaya bilər, xüsusi olaraq video və şəkil təşkil edə bilər, alt yazı və film effektləri verə bilər bunlara istinadən daha bir çox şeyi edə bilərsiniz.

Corel PaintShop Pro X9 Yukle (x86 / x64)

Şəkil Montaj Proqramı

Corel PaintShop Pro X9 v19.1.0.29 Full Yüklə, Üstün redaktə və şəkil yaratmaq xüsusiyyətləri təqdim edən bir Corel məhsulu şəkil montaj proqramıdır. Adobe Photoshop bənzəri bir interfeysi var. Bir neçə klik və kiçik əl gəzdirmə ilə şəkillərinizi professional vasitələrlə redaktə edə bilərsiniz. Lay (Layer) dediyimiz sistem sayəsində daha anlaşılan bir redaktə təqdim edir. Şəkillərinizə proqram içərisindəki daxili effektləri tətbiq edə bilər, arxa planlarını kəsə, fotomontaj adına ağılınıza gələ biləcək hər əməliyyatı edə bilərsiniz. Proqramı aşağıdakı linklərdən 32-64 bit versiyaları endirib kompüterinizə qurub istifadə edə bilərsiniz.

DxO Optics Pro (x64) Yukle


DxO Optics Pro v11.2 Full Yüklə 

DxO Optics Pro inkişaf etmiş bir şəkil montaj proqramıdır. Həvəskar istifadəçilərə də xitab edən DxO Optics Pro ilə asanlıqla şəkil redaktə və efektləndirmə əməliyyatlarınızı edə bilərsiniz. Məsələn gecə çəkilmiş keyfiyyətsiz şəkillərinizi DxO Optics Pro ilə gözlə görülər bir şəkildə keyfiyyətli hala gətirə bilərsiniz. Sahəsində olduqca sevilən proqramlardan biri olub 200-dən çox efekt və alət ehtiva edir. Bu arada proqram yalnız 64 bit əməliyyat sistemlərini dəstəkləyir.

AhaView Yukle



AhaView v4.52 Full Download 

AhaView rahat bir rəsim görüntüləyici və çeviricidir. Şəkillərinizi göstərmə, tənzimləmə və rəqəmsal görüntüləri çevirmənizə imkan tanıyar. Kiçik şəkil moduna alaraq görüntülərinizi göz ata bilər, tam ekran moduna alaraq gerçək ölçülərə baxa bilər, BMP görünüşləri GIF, JPEG, TGA, TIFF, XPM və PNG formatlarına çevirə, görünüşlərdən ikon meydana gətirə bilər, slayd nümayişi şəklində şəkillərinizə keçid verə bilər, panelə görünüş köçürə və bunun kimi bir çox əməliyyatı edə bilərsiniz.

PhotoScape v3.7 Yukle

Sekil Proqrami


PhotoScape Full Yüklə, pulsuz mükəmməl bir fotoşəkil redaktə proqramıdır. PhotoScape ilə şəkillərinizə bir çox effekt verə bilər, şəkillə yazı əlavə edə, hərəkətli GIF faylları yarada bilər, mövcud GIF şəkillərinizi bölə bilər, bir çox rəsmi topluca ölçüləndirə bilər və saymaqla bitməyəcək işlər görə bilərsiniz. 20 MB kimi aşağı bir ölçüsü olan bu mükəmməl PhotoScape proqramı yükləmənizi tövsiyə edirəm, gün gələr işinizə yarayar.

Topaz Labs Photofxlab v1.2.10 Yukle


Topaz Labs Photofxlab Full Yüklə, Bir başqa şəkil effekt vermə proqramıdır. Topaz Labs Photofxlab ilə əlinizdə mövcud olan bütün Topaz firmasının əlavələrini və proqramlarını idarə edə, şəkilləriniz üzərində rahat effekt və düzəlişlər tətbiq edə bilərsiniz, 500-dən çox effekti bir arada tapa bilərsiniz. Proqramın InstaTone adı verilən bir texnologiya əlavəsi olduğu qeyd edilir. Bu xüsusiyyət ilə bəyəndiyiniz hər hansı bir şəkilin ton və effektlərini bir başqa şəkilə köçürə bilərsiniz. Laylara bölünmüş redaktə vasitələri, fırça və altlıqlar, rəng kartelaları, ağıllı fırçalar və daha çoxunu Topaz Labs Photofxlab proqramında tapa bilərsiniz.