TeamViewer Corporate Yukle


TeamViewer Corporate v12.0.82216 Yüklə

TeamViewer istifadəçilərə uzaqdan kompüter idarə etmək məsələsində olduqca praktik bir həll təqdim edən bir uzaq kompüter idarə proqramıdır. Saytımızdan Corporate versiyasını yükləyə biləcəyiniz TeamViewer əsas olaraq öz kompüterinizin arxasında olmadığınız zaman kompüterinizi mobil cihazlarınızdan və ya başqa kompüterlərdən idarə etmənizə imkan verir. İnternet bağlantısı ilə işləyən proqram, iki kompüter və ya mobil cihaz ilə kompüter arasında körpü yaradır və eynilə kompüter qarşısında oturub idarə edirmiş kimi müxtəlif uzaqdakı kompüterləri idarə etmənizə imkan tanıyır.

TeamViewer bir çox müxtəlif məqsədlər üçün istifadə edilə bilər. Kompüterinizə açıq qoyduğunuz fayl yükləmə əməliyyatlarını TeamViewer vasitəsilə müxtəlif cihazlardan izləyərək dayandıra və ya yeni yükləmə əməliyyatlarını başlada bilərsiniz. Kompüterinizə qoşulu bir veb kamerası var isə bu kameranın görüntüsünü başqa kompüterlərdən və ya mobil cihazlardan TeamViewer vasitəsilə izləyə, kompüterin kamerasını bir təhlükəsizlik kamerasına çevirə bilərsiniz. Kompüterlərində problem yaşayan istifadəçilərə yardım etmək üçün TeamViewer istifadə edə, kompüterlərinə daxil olaraq səhvləri düzəldə, problemi həll etməyə kömək edə bilərsiniz.

TeamViewer kompüterlər arası fayl transferi aparılmasına da imkan verir. Bu sayədə 2 kompüter arasında və ya mobil cihazlarla kompüterlər arasında fayl qəbul edə, göndərə bilərsiniz. Bununla yanaşı proqram cihazlar arasında səsli və görüntülü söhbət aparılmasını da təmin edir.




Həcmi: 15 MB
YÜKLƏMƏ LİNKİ: YÜKLƏ

Həyat paylaşdıqca gözəldir

Oxşar Proqramlar

Previous
Next Post »