Audacity Yukle

Səs tənzimləmə proqramı

Audacity v2.1.3 Full Yüklə

Audacity öz sahəsinin ən uğurlu nümunələr arasında yer alan və legal olaraq pulsuz yükləyib istifadə edə biləcəyiniz bir audio (səs) redaktə və səs yazma proqramıdır.

Audacity pulsuz olmasına baxmayaraq, olduqca zəngin və inkişaf etmiş xüsusiyyətləri özündə birləşdirir. Audacity istifadə edərək kompüterinizdə topladığınız səs faylları üzərində işləyə bilər və ya fərqli mənbələrdən səs qeyd edərək üzərilərində tənzimləmələr edə bilərsiniz. Proqram eyni səs faylının həm sağ, həm də sol kanalını ayrı ayrı təşkil etməyinizə də imkan tanıyır. Audacity istifadə edərək redaktə etdiyiniz səs faylları üzərində səs kəsmə prosesini həyatə keçirə bilməniz də mümkündür. Bu sayədə səs fayllarındakı arzuolunmaz hissələrdən xilas ola bilərsiniz. Proqram ilə səs faylları üzərindəki müəyyən hissələri seçə və kopyalayaraq müxtəlif kanallara yapışdıra bilərsiniz. Müxtəlif kanallara kopyalayıb yapışdıracağınız səslərlə səs qarışdırma əməliyyatını həyata keçirə bilərsiniz. Audacity ilə səs qeydlərinin oynatma sürətini dəyişdirməniz də mümkündür. Həmçinin səs tonu da bu proqram vasitəsilə dəyişdirilə bilər. 

Audacity səs yazmaq üçün istifadəçilərə müxtəlif variantlar təqdim edir. Proqram ilə mikrofonunuzdan canlı qeydlər apara biləcəyiniz kimi kompüterinizdən çıxan səsləri də yaza bilərsiniz. Həmçinin köhnə kasetlərdə yer alan səsləri Audacity istifadə edərək rəqəmsal formata çevirə bilərsiniz. Audacity ilə qeyd edəcəyiniz və ya rəqəmlsal formata keçirəcəyiniz səsləri digər səs fayllarında olduğu kimi çox kanallı olaraq təşkil edə bilər, kopyalama, yapışdırma, kəsmə və montajlama əməliyyatlarını reallaşdıra bilərsiniz.

Audacity istifadə edərək səs fayllarınıza fərqli fərqli səs effektləri əlavə edə bilərsiniz. Proqram əks-səda, phaser effekti, Wahwah kimi geniş istifadə edilən səs effektlərinin yanında səsi aydınlaşdıran parazit, fışıltı, vızıltı islahedici variantlara da malikdir. Bununla yanaşı, bass gücləndirmə və ekvalayzer parametrləri istifadəçilər tərəfindən istəyə görə konfiqurasiya edilə bilər. Proqram səs fayllarının tonunu səsin tempini pozmadan dəyişdirə bilir. Audacity ilə təşkil etdiyiniz səs fayllarını 16 Bit, 24 Bit, 32 Bit dəyərləri ilə 96 KHz`ə qədər yaza bilərsiniz. Audacity AIFF, OGG Vorbis, WAV və MP3 səs formatlarını dəstəkləməkdədir.


Səs redaktə proqramı


 Həcmi: 37 MB
YÜKLƏMƏ LİNKİ: YÜKLƏ

Həyat paylaşdıqca gözəldir

Oxşar Proqramlar

Previous
Next Post »